Stimullaşdırmanın trilyon proqramına dair xəbər avroya zərbə vurdu

Stimullaşdırmanın trilyon proqramına dair xəbər avroya zərbə vurdu
20:48 22 Yanvar 2015
190 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Avropa Mərkəzi Bankının başçısı Mario Draqi 1 trilyon avro həcmində aktiv alınması üzrə proqramı elan edib. Bu məbləğ gözlənilənlərdən iki dəfə artıqdır.
AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Avropa Mərkəzi Bankı aktivlərin alınması üzrə proqrama 2015-ci ilin mart ayında start verəcək. Tənzimləyici 18 ay ərzində 1,08 trilyon avro həcmində dövlət istiqraz vərəqələri almaq niyyətindədir. Bu da o deməkdir ki, Avropanın bank sisteminə hər ay 60 milyard avro əlavə olunacaq.
Mərkəzi bank aktivlərin alınması üzrə proqramını elan etdikdən dərhal sonra Avropa valyutası ucuzlaşmağa başlayıb. Belə ki, elə ilk dəqiqələrdən avronun məzənnəsi dollara nisbətdə demək olar ki, 1 faiz ucuzlaşaraq 1,1495 dollara enib. Bu, son 9 ildə ən aşağı göstəricidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Stimullasdirmanin_trilyon_proqramina_dair_xeber_avroya_zerbe_vurdu-826854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR