Әbülfəs Qarayev 2014-cü ilə nəzər yetirdi

Әbülfəs Qarayev 2014-cü ilə nəzər yetirdi
11:43 26 Dekabr 2014
63 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Biz artıq yerlərdə turizm xidmətlərinin inkişafına daha çox diqqət yetirməliyik". Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün 2014-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında cıxış edərkən deyib.

2014-cü ilin abidələrin qorunması baxımından xüsusi bir ilin olduğunu vurğulayan nazirin sözlərinə görə, aparılan islahatlar nazirliyin nəzdində yeni yaradılan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işini daha da gücləndirəcək: "Biz artıq deyə bilmərik ki, hansısa abidə pis gündədir. İndiyədək nazirlikdə abidələrin qorunması ilə məşğul olan ayrıca xidmət olmayıb. Bu xidmət bu istiqamətdə işlərin aparılmasında mühüm rol oynayacaq".

Bu ilin yekunlarını çox müsbət dəyərləndirən Ә.Qarayev bildirib ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiqlənən Mədəniyyət Konsepsiyası əsasında bir neçə yeni mühüm sənəd hazırlanıb.

Nazir əlavə edib ki, bu yaxınlarda Xazmazda İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət və Turizm Şöbəsi üçün yeni bina tikilərək istifadəyə verilib: "Yaxsı olardı kı, şöbələr üçün bütün rayon və şəhərlərdə belə ayrıca binalar tikilsin. Bu, bizim fəaliyyətimizi daha da yaxşılaşdırar".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR