Böyük savaş başlaya bilər

Böyük savaş başlaya bilər
21:01 22 Yanvar 2015
193 Dünya
Ölkə mətbuatı
A- A+

Yaxın vaxtlarda Rusiya ordusu Ukraynaya hücuma keçə bilər.

ANS PRESS-in məlumatına görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib.

Turçinov hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin son günlər ərzində Donetsk yaxınlığında sərhədə cəmləşdirməsi ondan xəbər verir ki, rəsmi Moskvanın yaxın günlərdə iri miqyaslı hücüm əməliyatlarını planlaşdırır.

Donetsk aeroportunun ətrafında vəziyyətin gərgin olaraq qaldığını deyən Turçinov bildirib ki, aeroportda yeni terminal tamamilə məhv edilib: "Amma bizim silahlı qüvvələrimiz Peski məntəqəsi ərazisində öz mövqelərini möhkəmləndirib və düşmənə çox güclü zərbələr vurub”.

Onun sözlərinə görə, kommunikasiya və nəqliyyatın məhv edilməsi faktiki olaraq zirehli texnikanı aerodroma tez gətirilməsinə imkan vermir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR