Həm maus, həm kompüter…

Həm maus, həm kompüter…
21:09 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Polşadan istehsalçılar komandası “Mouse-Box” adlı qeyri-adi qurğu təqdim ediblər. Britaniyanın “The Daily Mail” qəzeti yazır ki, “Mouse-Box” qurğusu görünüşcə adi kompüter mausundan fərqlənmir, ancaq cihazın daxilində kompüterin elektron içliyi mövcuddur.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, sistem blokunu tamamilə əvəz edə bilən qurğu 1,4 QHs takt tezlikli dördnüvəli “Cortex” prosessoru, 128 QB tutumunda daxili yaddaş, “Wi-Fi”, akselerometr, jiroskop və 2 ədəd “USB 3.0” konnektoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu açıqlanmayıb. “Bulud” saxlancına qoşulmaqla daxili yaddaşın tutumunu artırmaq olar.
“Mouse-Box” qurğusunu işlətmək üçün onu “HDMI” kabelin köməyi ilə monitora qoşmaq lazımdır.
Qurğunun yaradıcıları əmindirlər ki, qeyri-adi maus evdə yerə qənaət edənlər üçün gərəkli olacaq, həmçinin bu qurğunun köməyi ilə təqdimat keçirmək mümkündür. Hazırda istehsalçılar komandası öz qurğusunu bazara çıxarmaq 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191177

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR