Madonnaya görə tutuldu

Madonnaya görə tutuldu
21:42 22 Yanvar 2015
453 Maraqlı
Ölkə mətbuatı
A- A+

İsrail vətəndaşı Madonna da daxil bir qrup pop ulduzunun kompyuterlərindən dövriyyəyə buraxılmamış mahnıları oğulayıb internetdə satışa çıxarmaqda şübhəli bilinərək həbs edilib.

Polisin bildirdiyinə görə, saxlanılan şəxs bir neçə dünya səviyyəli pop ulduzundan mahnıları oğurlayıb satmaqda şübhəli bilinir.
Milli.Az BBC-yə istinadən bildirir ki, İsrail polisi zərər çəkən ulduzlar arasında Madonnanın da olduğunu təsdiqləyib.
Madonna hakeri həbs edənlərə "dərin minnətdarlığını" biuldirərək, ən yeni mahnılarının internetə sızması barədə onu məlumatlandıran pərəstişkarlarını da Facebook vasitəsilə təşəkkür etməyi unutmayıb.
 
Pop ulduzun kompyuteri haker müdaxiləsinə məruz qaldıqdan sonra, Madonna təcili olaraq ən yeni yeni mahnılarını, hətta tam hazır olmayanları belə internetdə dərc etdirib.
 
Onun meceri Guy Oseari deyib ki, haker müdaxiləsindən sonra Madonna yeni Rebel Heart albomundan 6 mahnını nəzərdə tutduğundan 1 tez - dekabr ayında dərc etdirməli olub.
 
İsrail polisi şübhəli şəxs qismində saxlanılmış 39 yaşlı şəxsin adını çəkməsədə, onun İsrail televiziyasında keçirilən yeni istedadlar axtarışı şousunun keçmiş iştirakçısı olduğunu bildirib.
 
Saxlanılmış şəxs "kompyuter hakerliyi, müəlliflik hüququnun pozulması və fırıldaqçılıqda şübhəli bilinir".
İsrailli hakerin həbsindən 1 gün əvvəl, islandiyalı pop ulduz Bjork Vulnicura adlı yeni albomunu nəzərdə tutduğundan 2 ay tez dərc etdirib.
Buna səbəb həmin albomdakı mahnıların internetə yol tapması olub.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR