Heydər Əliyev prospektinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

11:47 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 11:44 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda daha bir mərkəzi küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Bu haqda “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

 

P. Mürsəliyevin sözlərinə görə, bu axşam saat 22:00-da Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsindən “Bağırov” körpüsünə qədər olan hissəsində gediş və gəliş olmaqla nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

O, bildirib ki, bağlanan yolda üfüqi nişanlanma işləri həyata keçiriləcək. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR