Trolleybus dayanacığını kim vurdu?

Trolleybus dayanacığını kim vurdu?
21:47 22 Yanvar 2015
195 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya telekanalları və məlumat agentliklərinin verdiyi xəbərə görə, Donetsk şəhərində ictimai nəqliyyat dayanacağına artilleriya mərmisinin düşməsi nəticəsində azı 6 nəfər həlak olub, onlarla adam yaralanıb.
 
Tanınmamış "DXR" rəhbərinin administrasiyasında mərminin şəhərin Lenin rayonundakı trolleybus dayanacağına düşdüyü qeyd edilib.
Milli.Az BBC-yə istinadən bildirir ki, "DXR" qüvvələrinin rəbər müavini Eduard Basurinin sözlərinə görə, "3 nömrəli trolleybus dayanacağına mərminin düşməsi nəticəsində 9 nəfər həlak olub".
 
Dayanacağın hansı qüvvələr tərəfindən atəşə tutulduğu aydın deyil, Ukrayna Müdafiə Nazirliyi hadisəyə görə separatçıları təqsirləndirir.
Yerli rəsmilərə istinad edən mənbələr dayanacaqda 13 nəfərin öldüyünü deyirlər.
 
Ötən həftə Donetskdən cənub-qərbdə avtobusun atəşə tutulması nəticəsində 13 nəfər həlak olmuşdu.
 
Ukrayna üsyançılar tərəfində 9,000 rusiyalı əsgərin vuruşduğunu bəyan edir, rəsmi Moskva bu iddiaları təkzib edir.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/50201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR