Bakının “Rabitə” komandası Çempionlar Liqası yarışlarında növbəti oyununu keçirib

Bakının “Rabitə” komandası Çempionlar Liqası yarışlarında növbəti oyununu keçirib
22:03 22 Yanvar 2015
184 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Yanvarın 22-də qadınlardan ibarət voleybol komandaları arasında Çempionlar Liqası yarışları çərçivəsində növbəti oyunlar keçirilib.
AzərTAc xəbər verir ki, “A” qrupunun son oyununda Azərbaycan çempionu “Rabitə” komandası Kazanda Rusiyanın “Dinamo” klubunun qonağı olub.
Görüş Rusiya çempionunun 3:0 (25:21; 25:10; 25:14) hesablı qələbəsi ilə başa çatıb.
Bakıdakı ilk oyunda Azərbaycan təmsilçisi 3:2 hesablı qələbə qazanmışdı.
Son qarşılaşmada “Rabitə” öz meydanında artıq pley-off mərhələsinə vəsiqə qazanmış Polşanın “Ximik” klubunu qəbul edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakinin_Rabite_komandasi_CHempionlar_Liqasi_yarislarinda_novbeti_oyununu_kechirib-826867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR