Azərbaycanda həyat sevgisi ilə dolu bu qız möcüzələr yaradır

Azərbaycanda həyat sevgisi ilə dolu bu qız möcüzələr yaradır
22:06 22 Yanvar 2015
233 Digər
Ölkə mətbuatı
A- A+

Yaşadıqlarını Allahın qisməti və alın yazısı kimi qiymətləndirməyi bacaran bir rəssam. Həyatı nə qədər çətin olsa da özünü əsla bəxtsiz hesab etmir. Söhbət açacağımız qəhrəman Qənirə Xəlilova 1993 ildə Ağdaş rayonunda dünyaya göz açıb. Valideynlərinin sözlərinə görə 3 yaşında olarkən o, rəxidlik keçirib. Ayaqları üstə durmağı bacarmasa da, çalışır ki, heç kimə ehtiyacı olmadan yaşamağı bacarsın.

Fiziki qüsurlu olan Ağdaş rayon Abad kənd sakini 21 yaşlı Qənirə Xəliulova bir çox həm yaşlılarından fərqlənir. Belə ki, xüsüsi istedada malik olan bu gənc qızın ayaqları və bədənin bir neçə nahiyəsi iflic olduğundan öz bacarıqlı əlləri ilə hər kəsi təcübləndirir. Bir insan həyatı necə belə çox sevər? Yaşamaq yaratmaq sevgisi haradan hara?

Kiçik yaşlarından özündə bu bacarığı hiss edən Qənirə çəkdiyi şəkil və rəsmləri karandaşla taxta üzərində çəksə də sonradan atası ona müxtəlif boyalar və fırçalar alıb. Budan sonra Qənirə daha da maraqlı və mənalı rəsmlər çəkib. 21 ildi Qənirəni öz qollarında gəzdirən ata qızını heç də qüsurlü hesab etmir. Atanın maddi imkanı olmasa da əlindən gələni və gəlməyəni Qənirədən əsirgəməyib. Anası Leyla xanım deyir ki, çox vaxt Qənirə valideynlərinə belə mənəvi dəstək olur.

Xatırladaq ki, Qənirənin 100 dən çox əl işi var. Bir neçə dəfə çəkdiyi əl işlərinin rayonda sərgisi və rayonlararası rəsm müsaqbiələrində də iştirak edərək diploma da layiq görülüb. Və bu yaxınlarda Bakıda onun sərgisi açılmışdı
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR