Bakıda evdə qadın meyiti tapıldı

Bakıda evdə qadın meyiti tapıldı
22:16 22 Yanvar 2015
215 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər giriş qapısını açıb və mənzilə baxış keçirərkən 1945-ci il təvəllüdlü Rəhimova Sevil Sadiq qızını huşsuz vəziyyətdə aşkarlayıblar.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S.Rəhimovanın vəfat etdiyi müəyyən olunyb. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR