Malayziyada üç mindən çox insan evsiz qaldı

Malayziyada üç mindən çox insan evsiz qaldı
22:21 22 Yanvar 2015
219 Dünya
Ölkə mətbuatı
A- A+

Malayziyanın Kalimantan adasında yerləşən Sabah ştatının üç mindən çox sakini adanın qərb sahillərinə yağan leysan yağışların əmələ gətirdiyi daşqınlar nəticəsində təxliyə olunub.

Təbii fəlakətin əsas zərbəsi çayların daşması nəticəsində əlaqənin tamamilə kəsildiyi Bofor və Mambakut şəhərlərinə dəyib. Fəlakət rayonunda su basmış evlərini tərk edən əhalini yerləşdirmək üçün beş təxliyə mərkəzi yaradılıb. Qonşu Filippindən gələn buludların gətirdiyi güclü mussonlar vəziyyəti daha da ağırlaşdırır.

Bu, son yarım ildə həmin ştatın ərazisində baş verən üçüncü güclü daşqındır.

Malayziyanın qərb və şimal ştatları ötən ilin dekabrında son yarım əsrin ən güclü daşqınlarına məruz qalıb. Təbii fəlakət nəticəsində 400 min insan Kelantan, Trenqanu, Pahanq, Kedah və Perak ştatlarında öz evlərini tərk etmək məcburiyyətində qalıblar. Ölkə iqtisadiyyatına dəyən ümumi zərərin 2,9 milyard rinqit (təqribən 810 milyon dollar) təşkil etdiyi bildirilir.
Mənbə
AzərTAc



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR