Saatlıda məktəb direktorunu qovdular

Saatlıda məktəb direktorunu qovdular
22:24 22 Yanvar 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 21-də Saatlının Məzrəli kəndinin sakinləri orta məktəbin həyətində aksiya keçiriblər.

 

Lent.az-ın xəbərinə görə, etiraz aksiyasına səbəb bir müddət öncə işdən çıxarılan Nəzakət adlı məktəb direktorunun əvəzinə Saatlı rayon Təhsil Şöbəsi tərəfindən Zakir adlı şəxsin təyin edilməsi olub.

 

 

Məzrəli kəndində orta məktəblə bağlı baş verən hadisələr haqqında musavat.com-a sakinlərdən biri geniş məlumat verib: “Məzrəlidə təhsilin səviyyəsi sıfıra bərabərdir. İndiyə qədər məktəb direktoru olan şəxslərin heç biri müsbət işlər görməyib. Biz bununla bağlı rayonun Təhsil Şöbəsinə müraciət etdik. Lakin bizim müraciətə məhəl qoyan olmadı.

 

İcra hakimiyyəti də susdu. Təxminən iki ay öncə vəzifəsindən azad olunan Nəzakət xanımın yerinə Təhsil Şöbəsində inspektor işləyən Zakir adlı şəxsi məktəbin direktoru təyin etdilər. Biz buna öz etirazımızı bildirdik. Onu məktəbdən qovduq. Həmin  vaxt məktəbə Təhsil Şöbəsinin nümayəndəsi Rövşən Bədəlov gəldi. Biz ona da öz iradlarımızı bildirdik.

 

Mətbuatda Nəzakət xanıma görə aksiya keçirdiyimizi deyirlər. Bu, səhv məlumatdır. Onun özü də etirazçılar arasında idi. İki ay öncə Nəzakət xanımla bağlı məktəbdə narazılıq olmuşdu. Görünür, bununla əlaqələndirib, yazıblar”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR