İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir

22:28 22 Yanvar 2015
199 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul, 22 yanvar, AzərTAc
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının İstanbulda keçirilən 10-cu sessiyası yanvarın 22-də bəyannamənin qəbul olunması ilə başa çatıb. İstanbul bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bənd də yer alıb.
Bəyannamədə beynəlxalq terrorizmlə mübarizə, münaqişə zonalarında sülhə nail olmaq, İslam əleyhinə təbliğat kampaniyalarının qarşısını almaq, bəşəri dəyərlərin qorunması istiqamətində digər məqamlara dair birgə səylər göstərmək məsələləri əksini tapır.
Milli Məclisin deputatı, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva AzərTAc-a bildirib ki, bəyannaməyə işğal olunmuş torpaqlarımızdan Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, İƏT-ə üzv ölkələrin təcavüzkar Ermənistanla əməkdaşlıq etməməsi, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işinin dəstəklənməsi və bununla bağlı digər məqamlardan ibarət bənd də daxil edilib.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Islam_Amekdasliq_Teskilati_Parlament_Ittifaqi_Konfransinin_beyannamesinde_Azerbaycanin_erazi_butovluyu_desteklenir-826871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR