Qorxulu proqnoz: 300 milyard dollar itirəcəklər

Qorxulu proqnoz: 300 milyard dollar itirəcəklər
22:32 22 Yanvar 2015
199 Dünya
Ölkə mətbuatı
A- A+

OPEK-ə daxil olan Fars körfəzindəki ərəb ölkələri 2015-ci ildə neftin qiymətinin aşağı olması səbəbindən 300 milyard dollara yaxın itirəcəklər.
 
Milli.Az modern.az-a istinadən bildirir ki, bunu Beynəlxalq Valyuta Fondu (BVF) proqnozlaşdırıb. BVF-nin region üzrə icmalında qeyd edilir ki, neftin qiymətinin aşağı olması Yaxın Şərq regionundakı neft ixrac edən ölkələr üçün yeni iqtisadi reallıq nümayiş etdirir. Monarxiya üsul-idarəsinin və şəriət qanunlarının mövcud olduğu OPEK ölkələrində uzun illərdir infrastruktur xərcləri neftin qiymətinin 100 dollardan yüksək olması səbəbindən azaldılmayıb.
 
BVF-nin proqnozuna görə, körfəz ərəb ölkələri əməkdaşlıq şurasının üzv ölkələrinin neft ixracından qazancı 2015-ci ildə təxminən 300 milyard dollar aşağı düşəcək. Bu quruma Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Bəhreyn, Yəmən, Birləşmiş Ərəb Əmirlikləri daxildir. BVF bu ölkə ixracatçılarına məsləhət görüb ki, neft bazarındakı əlverişsiz dinamikaya baxmayaraq, xərcləri ciddi azaltmaqdan yan keçməlidirlər, əks halda xalqın etirazları qaçılmaz olacaq.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/50180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR