“Gümrü qətliamı rus kəşfiyyatının planıdır”

“Gümrü qətliamı rus kəşfiyyatının planıdır”
22:37 22 Yanvar 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Gümrüdə Permyakov tərəfindən bir ailənin 7 üzvünün öldürülməsi rus xüsusi xidmət orqanları tərəfindən hazırlanmış plan idi.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, belə bir iddia ilə Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzinin eksperti Saro Saroyan çıxış edib.
 
Onun sözlərinə görə, rus xüsusi xidmət orqanları 102-ci hərbi bazanın Ermənistandan çıxarılmasına əsas yaratmaq üçün bu qətliamı törədib:
 
“Bu, terror, təxribat aktı erməni, rus və beynəlxalq ictimaiyyətə rus hərbi bazasının Ermənistandan çıxarılmasını əsaslandırmaq üçün atılıb. Bu da yalnız dağıdıcı fəaliyyət nəticəsində baş verə bilər. İki gün əvvəl rus hərbçiləri ilə yaranmış insident də bunun tərkib hissəsidir”.
 
Onun sözlərinə görə, təqdim olunan bütün faktlar heç bir məntiqə sığmır:
 
“Bütün dəlillər normal insanda belə təəssürat yaradır ki, onlar quramadır. Orada tapılan şəkmələr, silah qəsdən qoyulmuşdu ki, hadisənin rus hərbçisi tərəfindən törədildiyi məlum olsun. Həmçinin rus sərhədçiləri onu tutub hərbi bazaya təhvil versin. Bununla da demək istəyirlər ki, hadisələr əvvəldən axıra kimi onların nəzarətində olub”.
 
Saroyan Ermənistanı bundan sonra da ağır günlərin gözlədiyini deyib:
 
“Ermənistanı bu il çox ağır günlər gözləyir və fikrimcə, hadisələrin bu cür inkişafı qaçılmaz olacaq. Bu onunla bağlıdır ki, Rusiya Qərblə münasibətlərində ciddi məğlubiyyətə uğrayıb və onun təsir dairəsində olan ərazilər, xüsusilə Cənubi Qafqaz yenidən formalaşdırılmaq mərhələsindədir”.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/armenia/49367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR