9 ay ərzində Rusiyada cinayətkar əməllər nəticəsində 1366 uşaq öldürülüb

11:57 26 Dekabr 2014
65 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 11:56 ]

Bakı. Rüfət Əhmədzadə – APA. Rusiyada bu ilin 9 ayında cinayətkar əməllər nəticəsində 1366 uşaq öldürülüb.

 

APA-nın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu haqda Rusiya Təhqiqat Komitəsinin hesabatında bildirilir.

 

Həmçinin qeyd olunub ki, bu il axtarışda olan 7 mindən çox yeniyetmədən 1243 nəfər hələ də tapılmayıb. Bundan başqa, itkin düşmüş yeniyetmələrdən 451 nəfər azyaşlı uşaqlardır.

 

2013-cü ildə isə komitə uşaqlara qarşı törədilən 17 min cinayət işini araşdırıb. Məlum olub ki, bu cinayət işlərindən 593 qətl, 1645 zorlama, 4396 seksual xarakterli əməllər olub. 

 

Qeyd edək ki, son zamanlar Rusiyada uşaqların valideynlər tərəfindən öldürülməsi halları ictimaiyyət tərəfindən narahatlıqlaq qarşılanır. Dekabrın 17-də Yekaterinburqda 7 yaşlı qızını öldürən və bunu “şeytanların sözü ilə etdiyini” deyən 40 yaşlı qadının cinayət əməli geniş müzakirələrə səbəb olub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR