iOS 8-dən kimlər istifadə edir?

iOS 8-dən kimlər istifadə edir?
22:52 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tərtibatçılar üçün yeni statistikaya əsasən, 20 yanvar tarixinə iOS 8 əməliyyat sistemi Appleın mobil qurğularının 70 faizinə quraşdırılıb. Alma şirkəti sonuncu dəfə 2 həftə bundan əvvəl iOS platformasının müxtəlif versiyalarının yayılma statistikasını dərc edib.
 
Bu müddət ərzində iOS 8 platformasının bazar payı 1 faiz artıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, iOS 8 mobil əməliyyat sisteminin yayılma tempi iOS 6 və iOS 7-dən geri qalmağa davam edir. iOS 8 platformasının yayılma tempinin zəif olması qurğuda boş disk sahəsinin həcminə yüksək tələbat, birinci versiyada səhvlərin olması ilə izah edilir. 
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR