Yəmən başsız qaldı

Yəmən başsız qaldı
22:52 22 Yanvar 2015
206 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin dövlət başçısı Əbd Rəbbo Mənsur Hacı müxalifətin prezident sarayını ələ keçirməsindənsonra istefa verib. Prezidentdən sonra hökumət də istefa verib.
Parlament isə dövlət başçısının istefasını qəbul etmədiyini bildirib.
 
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, ilk əvvəl baş nazir Xaled Bəha səlahiyyətlərindən imtina etdiyini deyib, 3 saat sonra isə prezidentin istefa verdiyi bəlli olub.
"Ölkənin qeyri-konstruktiv, zorakı hərəkətlər bataqlığına düşməməsi üçün istefa verdim", - X.Bəha deyib.
 
Yəmən hökuməti ölkənin hakimiyyət dairələri və müxalifətçilər arasındakı münaqişənin nizamlanması məqsədilə ötən ilin noyabrında BMT-nin təşəbbüsü ilə formalaşmışdı.
 
Ölkədəki müxalifət hərəkatına Əbdel əl Xusi başçılıq edir.
 
Ötən ilin sentyabrında müxalifətçilər ölkənin əksər ərazilərini, o cümlədən paytaxt Sənanı ələ keçiriblər.
 
"Xusilər" adlandırılan şiə müxalifətçilər 2012-ci ildə növbədənkənar prezident seçkilərində qalib gəlmiş 66 yaşlı Əbd Rəbbo Mənsur Hacıya qarşı çıxırlar. Onlar 2004-cü ildə üsyan qaldırmış imam Əli Hüseyn əl Xusinin tərəfdarlarıdır.
 
Müxalifətçilərin əksəriyyəti ölkənin şimal bölgələrində yaşayan zeydi icmasının mənsublarıdır.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/49885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR