Mali rəsmiləri terrorçu Amedi Kulibalinin vətənində dəfnini rədd ediblər

Mali rəsmiləri terrorçu Amedi Kulibalinin vətənində dəfnini rədd ediblər
23:03 22 Yanvar 2015
207 Dünya
Ölkə mətbuatı
A- A+


Paris, 22 yanvar, AzərTAc
Paris yaxınlığındakı Monruj yaşayış qəsəbəsində bir polisi və Vənsən darvazasında beş nəfəri qətlə yetirən terrorçu Amedi Kulibalinin nəşi dəfn olunmaq üçün yanvarın 22-də təyyarə ilə vətəni Maliyə yola salınmalı idi. Son anda Mali rəsmiləri onun ölkəyə gətirilib dəfn olunmasını rədd ediblər. Terrorçunun meyiti təkrarən tibbi-ekspertiza məntəqəsinə qaytarılıb.
Fransa qanunlarına görə, terrorçunun yaxınları onun xüsusi məzarlıqda dəfn olunması üçün yaşadığı meriyaya müraciət etməli idi. Terrorçunun Esson departamentinin Qrini şəhərində yaşayan anası və bacısı nəşin basdırılması üçün meriyaya müraciət etmədiklərindən Amedinin meyiti vətəni Maliyə yola salınmalı idi. Amma Mali rəsmiləri bunu rədd ediblər. Onların rədd cavabının səbəbi hələlik aydınlaşmayıb.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mali_resmileri_terrorchu_Amedi_Kulibalinin_veteninde_defnini_redd_edibler-826875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR