Gəncədə 7 avtomobil toqquşdu

Gəncədə 7 avtomobil toqquşdu
23:05 22 Yanvar 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə 7 avtomobilin zədələnməsi ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə yanvarın 22-də şəhərin Nəriman Nərimanov prospektində baş verib. Prospektlə yüksək sürətlə hərəkət edən “Mersedes” markalı avtomobil üç “Mercedes”, “QAZ 24”, “Hyundai” və “Volkswagen” markalı avtomobilə çırpılıb.
 
Hadisə zamanı xəsarət alan olmasa da avtomobillər ciddi zədələnib. Maşınlardan bir neçəsi yararsız hala düşüb.
 
Məlumata görə, qəzanı törədən sürücü 1963-cü il təvəllüdlü Alıyev Rövşən sərxoş olub.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR