Avropa üçün ilk dəfə belə qərar verildi

Avropa üçün ilk dəfə belə qərar verildi
23:16 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Avropa Mərkəzi Bankı avrozonada baş alan deflyasiyaya qalib gəlmək və iqtisadi artımı stimullaşdırmaq üçün qəti ölçülərə əl atıb.

ANS PRESS-in məlumatına görə, adı çəkilən maliyyə qurumu ilk dəfə olaraq birbaşa avrozona ölkələrinin istiqrazlarını və iri korporasiyaların borclarını almağa başlayır. Bunun üçün Bank aya nə az nə çox 60 milyar avro sərf etməli olacaq.

Bundan başqa geriləyən avrozona iqtisadiyyatını canlandırmaq məqsədilə Mərkəzi Bank yüz milyardlarla avro əskinaz çap etməyi planlaşdırır. Almaniya höküməti Mario Draqinin ictimailəşdirdiyi “Kəmiyyətli Asanlaşdırma Proqramı”na qarşı çıxıb. Rəsmi Berlin ondan narahatdır ki, Avropa Mərkəzi Bankı ölkələrin dövlət borclarını öz üzərinə götürsə, borclu ölkələr israfçılıq siyasətini davam etdirərək, əlində olan imkanlardan daha çox xərcləyəcək və sərt iqtisadi islahatlara həyata keçirməyə meyilli olmayacaq.

“Cari ilin mart ayından etibarən Avrosistem ikinci-dərəcəli bazarlardan avrozona hökümətlərinin və qurumlarının investisiya səviyyəsində olan avro valyutasında olan qiymətli kağızlarını almağa başlayacaq”, deyə Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqi bildirib.

Draqinin sözlərinə görə, istiqrazların-borcların alınması gələn ilin sentyabr ayına kimi davam edəcək. Həmin vaxtdan sonra deflasiyanın aradan qalxacağı proqnozlaşdırılır.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR