Ronaldu parik qoydu

Ronaldu parik qoydu
23:27 22 Yanvar 2015
223 İdman
Ölkə mətbuatı
A- A+

“Real”ın ulduz futbolçusu Kriştianu Ronaldu Madrid küçələrində maraqlı bir sürprizə imza atıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 3 dəfə “Qızıl top”u qazanan Portuqaliya millisinin hücumçusu geyim tərzin dəyişib, İspaniya paytaxtının mərkəzi küçələrini gəzib.
 
Bığ və "parik" qoyan Ronaldu əlində imzalı futbol topu ilə birlikdə dolaşarkən, kiçik bir “Real” azarkeşinin yanında dayanıb. Bu zaman Kriştianu balaca oğlanın qarşısında "parik" və taxma bığlarını çıxardıb. Bunu görüb, sevinən azarkeş daha sonra ona sarılaraq, qucaqlayıb.
 
Portuqaliyalı oyunçu daha sonra imzalı topu azarkeşə verərək, yoluna davam edib.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR