Azərbaycanda sərxoş sürücü zəncirvari qəza törətdi

Azərbaycanda sərxoş sürücü zəncirvari qəza törətdi
23:56 22 Yanvar 2015
237 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə zəncirvari qəza vaş verib.

Qəza bu gün axşam saat 9 radələrində Gəncənin Nəriman Nərimanov prospektində qeydə alınıb. Qəza zamanı 7 avtomobil toqquşub.

Gəncə sakini Rövşən Əliyev ağır dərəcəli sərxoş halda idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında dayanan İlham və Elbəyi Camalovlara, eləcədə Füzuli Rzayev, Anar Məmmədov, Mübariz Əsədov və Nadir Dəmirova məxsus müxatəlif markalı 6 avtomobili sıradan çıxarıb. Nəticədə avtomobillərdən üçü tamam yarasız hala düşüb. Digər üç avtomobilə isə qismən ziyan dəyib. Xəsarət alan olmayıb.

Hadisəylə bağlı prospektdə avtomobillərin hərəkətində çətinliklər yaranıb. Hərəkəti bərpa etmək üçün əraziyə yol polisləri ilə yanaşı post patrul xidmətinin canlı qüvvəsi də cəlb olunub. Qəzadan sonra sərxoş sürücü ilə zərərçəkənlər arasında qısa mübahisə də yaranıb. Hazırda polis baş vermiş qəzanın səbəblərini araşdırır.
Mənbə
Kəpəz TV


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR