Putin bu şəhərləri bir günə ala bilər

Putin bu şəhərləri bir günə ala bilər
00:05 23 Yanvar 2015
268 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ və onun müttəfiqləri Baltikyanı ölkələri Rusiyanın müdaxiləsindən qorumaq üçün öz qoşunlarını bu bölgəyə yerləşdirməlidir”.
 
Milli.Az modern.az-a istinadən bildirir ki, bunu ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri ( Cimmi Karter administrasiyasında-red), məşhur politoloq Zbiqnev Bjezinski deyib.
Onun sözlərinə görə Rusiya prezidenti Vladimir Putin Baltikyanı ölkələri ildırm sürəti ilə nəzarət altına almağa çalışa bilər və bununla NATO çox pis vəziyyətə düşə bilər. Ekspert bildirib ki, Vladimir Putinin bir gündə Riqa və Tallini tuta bilməsi ən faciəli ssenari hesab oluna bilər. “Demək olar ki, bu şəhərlərin tutulmasında Vladimir Putinə bir gün vaxt lazım olacaq. Bu zaman ona müqavimət göstərə bilməyəcəklər”,-deyə Bjezinski vurğulayıb.
 
Analitik qeyd edib ki, Rusiyanın Baltikyanı ölkələri tutduğu təqdirdə Qərb dairələri nüvə münaqişəsinin yaranması təhlükəsinə məruz qalmadan heç nə edə bilməyəcək.
 
Politoloqun fikrincə, vəziyyətdən çıxış üçün müəyyən güclər ilkin olaraq genişlənməlidir. “Bu genişlənmə provakasiya kimi başa düşülməməlidir. Estoniyada Amerika əsgərləri Rusiyaya müdaxiləni həyata keçirə bilməyəcək. Putin də bunu anlayacaq, amma o biləcək ki, Estoniyaya girəcəyi təqdirə Amerika əsgərləri ilə toqquşacaq”.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/50297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR