"Həyatımın ən çətin təcrübəsi oldu" - Madonna

"Həyatımın ən çətin təcrübəsi oldu" - Madonna
00:21 23 Yanvar 2015
180 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur musiqiçi Madonna şəxsi "Facebook" səhifəsində FTB-a (Federal Tədqiqat Bürosu) təşəkkür edib.

Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, pop-diva bir müddət əvvəl yeni albomundakı mahnıları oğurlayaraq yayan şəxslərə qarşı mübarizəyə başlayıb.

Madonnanın şəxsi komputerinə qeyri-qanuni yollarla daxil olan şəxsin axtarışı uğurlu nəticə verib. Məlum olub ki, həbs olunan Təl-Əvivli, 39 yaşlı haker təkcə Madonnanın deyil, digər müğənnilərin də mahnılarını oğurlayaraq yayıb. Haker həbs olunduqdan sonra müğənni "FTB və İsrail polisinə təşəkkür edirəm" yazıb.

O, bu oğurluğu "sənətə təcavüz" və ya "terrorun başqa bir forması" adlandırıb:

"Həqiqi üsyançılar, adətən, sənətə hörmət edirlər. Heyranlarıma da təşəkkür edirəm. Bu təkcə musiqi karyeramın deyil, mənim üçün həyatımın ən çətin təcrübəsi oldu. Hər vətəndaş kimi mənim də, gizlilik hüququm olmalıydı. Oğrunun tutulmasından bizə yardım edən hər kəsə minnətdaram".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR