İstanbul bəyannaməsində Azərbaycanla bağlı bənd

İstanbul bəyannaməsində Azərbaycanla bağlı bənd
00:36 23 Yanvar 2015
220 Dünya
Ölkə mətbuatı
A- A+

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının İstanbulda keçirilən 10-cu sessiyası yanvarın 22-də bəyannamənin qəbul olunması ilə başa çatıb. İstanbul bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bənd də yer alıb.

Bəyannamədə beynəlxalq terrorizmlə mübarizə, münaqişə zonalarında sülhə nail olmaq, İslam əleyhinə təbliğat kampaniyalarının qarşısını almaq, bəşəri dəyərlərin qorunması istiqamətində digər məqamlara dair birgə səylər göstərmək məsələləri əksini tapır.

Milli Məclisin deputatı, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva AzərTAc-a bildirib ki, bəyannaməyə işğal olunmuş torpaqlarımızdan Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, İƏT-ə üzv ölkələrin təcavüzkar Ermənistanla əməkdaşlıq etməməsi, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işinin dəstəklənməsi və bununla bağlı digər məqamlardan ibarət bənd də daxil edilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR