Füzulidə əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır

00:43 23 Yanvar 2015
192 Ölkə
Ölkə mətbuatı
A- A+


Füzuli, 23 yanvar, AzərTAc
2014-cü ildə Füzuli rayonunda əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
Rayon suvarma sistemləri idarəsindən AzərTAc-a bildiriblər ki, Füzulidə 31 min 100 hektar əkin sahəsi 1334,6 kilometr arx və kanal, 57 nasos stansiyası vasitəsilə suvarılır. 2014-cü ildə 1600 hektar taxıl sahəsini suvarma suyu ilə təmin edən Haramı-4 nasos stansiyası istifadəyə verilib. Qəsəbə-1, Mollaməhərrəmli və Araz-1 nasos stansiyaları təmir edilib. 436 kilometr kanalda lildən təmizləmə işləri aparılıb.
Rayonda əkinlərin bir hissəsi də subartezian quyuları vasitəsilə həyata keçirilir. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə ötən il Horadiz şəhərində, Gecəgözlü yatağında, Aşağı Seyidəhmədli, Yuxarı Kürdmahmudlu, Şpartı, Aşağı Dilağarda, Şükürbəyli, Alıxanlı kəndlərində və Qayıdış-4 qəsəbəsində ümumilikdə 12 subartezian quyusu qazılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fuzulide_ekinlerin_suvarma_suyu_ile_teminati_yaxsilasdirilir-826888

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR