"Azərreyl" avrokubokla vidalaşdı

"Azərreyl" avrokubokla vidalaşdı
00:56 23 Yanvar 2015
122 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsinə yekun vurulub.

ANS PRESS-in məlumatına görə, yarışda ölkəmizi təmsil edən “Azərreyl” mərhələsinin son qarşılaşmasında Norveçin “Stod Volley” klubu ilə üz-üzə gəlib.

Səfərdə 1:3 hesabı ilə uduzan komandamızı matçda yalnız 3:0 və ya 3:1 hesablı qələbə qane edirdi ki, paytaxt təmsilçisi bunu qazanmaqda çətinlik çəkməyib. Lakin “Azərreyl” bunun ardını gətirə bilməyib və “Qızıl set”də uduzaraq, avrokubokla vidalaşıb.

Belə ki, əsas qarşılaşmanın ilk setini 6 top irəlidə bitirən təmsilçimiz ikinci hissədə rəqibinə əlavə 1 xal güzəşt edib. Bundan sonra “Stod Volley” oyunda dönüş yaratsa da, gec olub. Voleybolçularımız daha dəqiq oynayaraq, hissəni öndə başa vurub və vacib olan qələbəni qazanıblar – 3:0.

Nəticədə cütün taleyinə “Qızıl set”də aydınlıq gəlib. Gərgin keçən hissə komandamız üçün uğursuz alınıb. “Azərreyl” bir neçə dəfə hesabda irəli keçməsinə baxmayaraq, səhvlərinin qurbanı olub. “Lotereya”da bəxti gətirən “Stod Volley” isə 18:16 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.

Beləliklə, avrokubokda ölkəmizi təmsil edən ikinci komanda da “Qızıl set”də məğlub olaraq, mübarizəni dayandırıb. CEV kubokunda “Lokomotiv”in ardınca “Azərreyl” də “Çelenc Cup”la vidalaşıb.

Onlardan fərqli, “Rabitə” və “Azəryol” Çempionlar Liqasında çıxışını davam etdirir.

Çelenc Cup
1/8 final mərhələsi
Cavab oyunu

22 yanvar
Azərreyl (Azərbaycan) - Stod Volley (Norveç) 3:0 (25:19, 25:20; 25:21)
Qızıl set: 16:18
Hakimlər: Aleksandr Pavlov (Rusiya), Mehmet Demirdelen (Türkiyə).
Bakı, Voleybol Mərkəzi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=321314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR