Gəncədə zəncirvari qəza baş verib

01:08 23 Yanvar 2015
209 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Gəncənin Nəriman Nərimanov prospektində 7 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Ağır dərəcəli sərxoş olan sürücü idarə etdiyi Mercedes markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında dayanan 6 avtomobili sıradan çıxarıb.

Nəticədə avtomobillərdən üçü tamamilə yararsız vəziyyət düşüb, digər üçünə isə qismən ziyan dəyib.

Hadisəylə bağlı prospektdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Qəzada xəsarət alanın olub olmaması barədə məlumat yoxdur. Hazırda polis baş vermiş qəzanın səbəblərini araşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR