Rus deputatlar Gümrüyə gəlir

Rus deputatlar Gümrüyə gəlir
01:11 23 Yanvar 2015
199 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Dövlət Dumasının deputatlardan ibarət nümayəndə heyəti Ermənistana gedir.

ANS PRESS-in məlumatına görə, nümayəndə heyəti 7 nəfərdən ibarət erməni ailəsinin qətlə yetirildiyi Gümrü şəhərinə səfər edəcəklər.

Bu barədə Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskiy TACC informasiya agentliyinə xəbər verib.

Qeyd edək ki, Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakov 7 nəfərdən ibarət erməni ailəsini qətlə yetirib. Bu qətl hadisəsi Ermənistanda kütləvi etiraz aksiyalarına səbəb olub.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR