Azərbaycan prezidenti dünya iqtisadi liderlərinin qeyri-formal toplantısında iştirak edib

Azərbaycan prezidenti  dünya iqtisadi liderlərinin qeyri-formal toplantısında iştirak edib
01:14 23 Yanvar 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 22-də Azərbaycan prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda sessiyada iştirak edib.

 

Lent.az-ın prezidentnin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yüksək səviyyəli rəsmi şəxslərin qatıldığı sessiyada prezident  İlham Əliyev çıxış edib. Dövlət başçısı çıxışında Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən, enerji sektorunda əldə olunan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsindən, ölkəmizin qlobal enerji layihələrində fəal iştirakından, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın önəmli rolundan, “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR