Alimlər yuxusuzluğa qarşı həb kəşf ediblər

Alimlər yuxusuzluğa qarşı həb kəşf ediblər
01:19 23 Yanvar 2015
230 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadanın Makqilla Universitetinin və Duqlas Psixi Sağlamlıq Universitetinin alimləri yuxusuzluğa qarşı preparat hazırlayıblar.

 

AzərTAc-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni vasitə insanın bioloji saatlarını idarə etmək iqtidarındadır. Alimlərin fikrincə, preparat yuxusuzluqdan əziyyət çəkənlərin, eləcə də gecələr işləyənlərin və tez-tez təyyarə ilə uçan sərnişinlərin əvəzedilməz dostu olacaq.

 

“Möcüzəli” həbin təsiri ondan ibarətdir ki, onun leykositləri sinxronlaşdırması nəticəsində insan öz bioritmlərini aldada bilir, yəni lazım olan vaxtda orqanizmin gecə və gündüzü hiss etmək qabiliyyəti dəyişdirilir.

 

Məlumdur ki, yuxu vaxtının dəyişməsi və oyaq qalmaq xəstəliklərin, o cümlədən psixi pozğunluq və onkoloji xəstəliklərin inkişafına səbəb olur.

 

Yeni preparatın sınaqdan keçirilməsində 16 könüllü iştirak edib. Müşahidə olunub ki, bu həblərdən istifadənin ilkin mərhələsində belə dərman effektiv təsir göstərir.

 

Yuxusuzluğa qarşı yeni vasitənin kütləvi istehsalı planlaşdırılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR