Sabiq prezident həyəcan təbili çaldı

Sabiq prezident həyəcan təbili çaldı
01:26 23 Yanvar 2015
203 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın sabiq prezidenti Leonid Kravçuk ölkəsi üçün bədbin açıqlama verib.

ANS PRESS-in məlumatına görə, sabiq prezident bildirib ki, Ukrayna tamamilə məhv olmaq üzrədir.

"Bu gün ölkədə elit təbəqə dağılıb, onların öz aralarında nə üçün dalaşdığı məlum deyil. Əslində elitanın artıq Ukraynanın üstündə gəzən təhlükə barədə heç nə fikirləşmirlər.

Amma təhlükə fövqəladə yüksəkdir. Mən hətta bu gün deyə bilərəm ki, dövlət dağılmağa başlayıb. Bu artıq faktdır", - deyə siyasətçi bildirib.

Kravçuk qeyd edib ki, Kiyev iyirmi il boyunca dövləti idarə etmədə sistemli şəkildə səhvlər buraxıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR