Ötən ay Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 33% azalıb

12:07 26 Dekabr 2014
52 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 12:00 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin noyabr ayında respublikamızda 96 265 ailə (420663 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 47638 ailə (209632 nəfər və ya 33,3 %) azdır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,5% artaraq 148,97 manata çatıb.

 

Hazırda ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri davam etdirilir. Belə ki, qabaqcıl dünya təcrübəsindən yararlanmaqla bu sahədə Azərbaycana məxsus yeni bir sistem qurulub. Yeni elektron sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qəbulu və yardımların təyinatının avtomatik şəraitdə həyata keçirilməsini nəzərdə tutur.

 

Aztəminatlı ailələrin səmərəli əmək fəaliyyəti ilə məşğul olmaqla reabilitasiya edilməsi imkanlarının yaradılması, həmçinin ailələrin sosial yardımlara ehtiyacının müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində də işlər aparılır. Bununla əlaqədar “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi  barədə qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367331

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR