Hüseyn Bağırov Ağdaşda vətəndaşların qəbulunu keçirib - FOTO

Hüseyn Bağırov Ağdaşda vətəndaşların qəbulunu keçirib - FOTO
12:07 26 Dekabr 2014
64 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 11:59 ]

Bakı – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov tərəfindən dekabrın 26-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhərində yaşayan vətəndaşlar üçün keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

 

Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb. Müraciətlərin bir hissəsi isə yerindəcə həllini tapıb.

 

Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da H. Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.

 

ETSN-in səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR