Bakıda kirayə pulunu ödəyə bilməyən qız evsiz qala bilər (VİDEO)

Bakıda kirayə pulunu ödəyə bilməyən qız evsiz qala bilər (VİDEO)
02:51 23 Yanvar 2015
339 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gün “Adam içində” verilişində kədərli həyat hekayəsi olan gənc qız kömək istədi. Anası ilə çarəsiz halda qalan səhhətində problem olan Günelə kömək göstərən heç kimi yoxdur. Onun sözlərinə görə, həmişə işləyib, anasına baxıb. Ancaq indi o xəstə olduğuna görə işləyib evin kirayəsini ödəyə bilmir. Bu səbəbdən onlar evsiz qala bilərlər.

“İşləyib anama baxırdım. Evin kirayəsini ödəyirdim. İndi xəstə olduğuma görə, işliyə bilmirəm, işdən çıxmışam. Ayın 5-dək bizim vaxtımız var. Ondan sonra küçədə qalacayıq” – deyə Günel bildirib.

Baxmayaraq ki, Günelin yaxınları var, onlar qıza kömək göstərə bilmirlər. Zob xəstəsi olan qızın veriliş zamanı halı da pisləşdi.

Verilişin gedişi zamanı Günelin köməyinə çatan da oldu. Tənha bir qadın zəng edərək ana ilə qızına sahib çıxmaq istəyini dilə gətirdi.

Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=321313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR