Qubalı qardaşlardan inanılmaz hərəkət (FOTO)

Qubalı qardaşlardan inanılmaz hərəkət (FOTO)
03:06 23 Yanvar 2015
291 Digər
Ölkə mətbuatı
A- A+

Qubalı pəhləvan qardaşlar Laçın və Hüseyn Abdulhüseynovlara fevralın 5-də Ukraynada televiziyasında yayımlanan layihəsində keçiriləcək seçim turlarında iştirak etmək üçün müəlliflər tərəfindən xüsusi dəvət məktubu göndərilib.

ANS PRESS-in məlumatına görə, məktubda bildirilib ki, beynəlxalq səviyyədə təşkil olunacaq televiziya şousunun yeddinci mövsümünə dünyanın məşhur mədəniyyət nümayəndələri dəvət alıb. Bu barədə RTV xəbər verir.

Qardaşlar müsabiqədə uğurlu çıxış etmək üçün xüsusi nömrələr hazırlayıblar. Gərgin məşqlər edən pəhləvan qardaşlar Ukraynaya fevralın 3-də yola düşəcək. Pəhləvan Laçın Abdulhüseynov 2014-cü il avqustun 3-də Gürcüstanın Dmanisi şəhərində yeni dünya rekordunun müəyyən edilməsi ilə əlaqədar keçirilən tədbirdə diqqət mərkəzinə düşüb.

O, Qafqaz Dünya Rekordları Federasiyasının təşkil etdiyi mərasimdə 2 nominasiyada yeni dünya rekordunu təzələməyi bacarıb. Azərbaycan pəhləvanı qeyri-adi üsulla, göz həm də hulqum nahiyəsində 33 kiloqram ağırlığı qaldırmaqla hamını təəccübləndirib. Bununla da Laçın Abdulhüseynov “Ginnesin Rekordlar Kitabı”na namizəd adını qazanıb.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR