Qahirədə prezident sarayı yaxınlığında partlayış törədilib, 2 polis yaralanıb

03:12 23 Yanvar 2015
179 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 02:54 ]


Bakı-APA. Qahirədə prezident komplekslərindən birinin yaxınlığında ötən gün axşam saatlarında törədilən  partlayış nəticəsində 2 polis əməkdaşı yaralanıb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, əldə düzəlmə partlayıcı qurğu  “Ək Kübbə” sarayının əsas girişinin qarşısındakı mühafizə postunda işə salınıb. İnsident nəticəsində zabit və əsgər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis qüvvələri cəlb olunub. Partlayışı törədən şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.  

 

Hadisəyə görə məsuliyyəti ötən il Misirin güc strukturlarına müharibə elan etmiş yerli “Aqnad Masr” qruplaşması öz üzərinə götürüb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR