Sürücü qadınlar həbs olundu

Sürücü qadınlar həbs olundu
12:11 26 Dekabr 2014
77 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında avtomobil sükanı arxasında əyləşən qadınlar mühakimə olunacaqlar.

ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının iki sakini barəsində iş məhkəməyə göndərilib. Onlar Krallıq tərəfindən qadınlara avtomobil idarə etmək qadağasını pozduğuna və terrorçuluqla məşğul olduqlarına görə həbs ediliblər.

Lakin müttəhimlərin vəkilləri bu qərardan şikayət ediblər.

Ludjain Xatlul adlı xanım Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Səudiyyə Ərəbistanına keçməyə çalışarkən tutulub.

BƏƏ-də jurnalist işləyən Mayassa Alamudi isə sərhədi sükan arxasında keçdiyi üçün yaxalanıb.

Həbs olunanların yaxınlarlarının sözlərinə görə, Səudiyyə hakimiyyəti bu qərarı xanımların qadağanı pozduqlarına görə deyil, sosial şəbəklərdəki fikirlərinə görə verib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında həbslərə baxmayaraq, qadınların sükan arxasında oturmasını qadağan edən qanuna qarşı etiraz aksiyaları keçirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR