Bu il ərzində Azərbaycanda yaradılan sənaye müəssisələrinin sayı açıqlanıb

12:12 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 12:10 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. “Bu il ölkədə 40-a yaxın orta və iri sənaye müəssisəsi açılıb, 30-dan çox sənaye müəssisəsi yaradılmaqdadır”.

 

APA-nın məlumatına görə, bunu bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat Şurası ilə birgə KİV nümayəndələri arasında təşkil etdiyi “Sənaye ili”nə həsr olunmuş “Azərbaycan sənayesi yeni inkişaf mərhələsində” mövzusunda yaradıcılıq müsabiqəsinin yekunları ilə bağlı keçirilən tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bildirib.

 

N. Səfərov deyib ki, Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsi “Əsrin müqaviləsi” ilə başlayıb. Sənayeləşmə siyasəti prezident İlham Əliyev tərəfindən davam etdirilib.

 

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu, “Şahdəniz-2”, TAP və TANAP layihələri Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.

 

Hazırda Azərbaycanda ərzaq məhsulları, tikinti materialları, avtomobil, mebel və digər sənaye məhsulları istehsal olunduğunu söyləyən N. Səfərov qeyd edib ki, hazırda Azərbaycan sənayesinin bir sıra məhsulları xarici bazarlarda rəqabət aparır.

 

Yaradılmaqda olan sənaye parklarından söz açan nazir müavini prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin Azərbaycanı regionun ən güclü sənaye mərkəzinə çevirəcəyini vurğulayıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR