Ermənistan ordusuna hərbi xidmətə yararsız vətəndaşlar çağırılır

Ermənistan ordusuna hərbi xidmətə yararsız vətəndaşlar çağırılır
05:54 23 Yanvar 2015
234 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan Müdafiə Nazirliyi orduya yararsız vətəndaşlarını hərbi xidmətə çağırır. ANS PRESS-in məlumatına görə, bu haqda Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin bəyanatında bildirilir.

 

Təşkilatın rəsmi saytında deyilir ki, 2014-2015-ci il qış çağırışı dövründə təşkilata müraciət etmiş şəxslərin tibbi sənədlərindən aydın olur ki, həmin şəxslər orduya yararsızdır.

 

Lakin Ermənistan Müdafiə Nazirliyi onları hərbi xidmətə cəlb edib. Təşkilatın bəyanatında bildirilir ki, əsəb xəstliyi, skleroz, görmə qabliyyəti zəif olanlar, bənəni yara tökən şəxslər orduya aparılır.

 

Təşkilat bildirir ki, Ermənistan Müdafiə Nazirliyi artıq bir neçə ildir ki, belə bir addım atır və bu qərarından imtina etmək niyyətində deyil. Nazirlik orduda xəstə əsgərlərə bel bağlayır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR