Türkiyə kubokunun qrup mərhələsinin IV turuna 1 oyunla yekun vurulub.
ANS PRESS-in məlumatına görə, G qrupunda “Qalatasaray” doğma azarkeşləri önündə aşağı divizion təmsilçisi olan “Diyarbəkir BB” ilə üz-üzə gəlib.\
Meydançaya zədəli olması səbbəilə bir neçə futbolçusu olmadan çıxan “aslanlar” məğlubiyyətlə üzləşiblər.
Qarşılaşmada qonaqlar ev sahiblərini iki dəfə məyus edib.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Qalatasaray” 9 xalla G qrupuna başçılıq edir.
Türkiyə kuboku, Qrup mərhələsi
IV tur
22 yanvar
“Qalatasaray” - “Diyarbəkir BB” – 0:2
Mənbə
ANS PRESS