Külli miqdarda borcu olan Bakı sakini özünü bıçaqladı

Külli miqdarda borcu olan Bakı sakini özünü bıçaqladı
06:16 23 Yanvar 2015
218 Sosial
Ölkə mətbuatı
A- A+

Gecə Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Mərdəkan qəsəbəsi Yesenin küçəsi 17 ünvanında yaralı şəxs olması barədə təcili tibbi yardım stansiyasına məlumat daxil olub. Dərhal həmin ünvana təcili tibbi yardım briqadası yollanıb. Həmin ünvanda yaşayan 47 yaşlı Malik Cəfərov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Hadisə barədə dərhal Xəzər rayon polis idarəsinə məlumat verilib. Araşdırmalar zamanı məlum olub ki, bıçağı Malik Cəfərov qarnına özü vurub. Onun bıçağa əl atmasına səbəb isə külli miqdarda borcunun olması olub. Borclarını qaytara bilmədiyini görən Malik Cəfərov çıxış yolunu özünə qəsd etməkdə görüb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. Aparılan araşdırmalardan sonra baş verən hadisəyə hüquqi qiymət veriləcək.
Mənbə
ANS PRESS Anar Qafarov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR