Mətbəx sirləri: "Şahmat" peçenyesi - FOTO

Mətbəx sirləri: "Şahmat" peçenyesi - FOTO
07:05 23 Yanvar 2015
647 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az naxışı şahmat taxtasını xatırladan peçenyelərin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:


3 yumurta
220 q kərə yağı
4 x.q. qəhvəyi şəkər tozu
1 çimdik vanil
1/3 ç.q. duz
1 x.q. kakao tozu
270 q un (ağ xəmirə 140, tünd xəmirə 130 q)

Yumurtaları suda bişirin. Təmizləyin, ağını sarısından ayırın (bu reseptdə yumurtanın ancaq sarısından istifadə olunur, yəni yumurta ağlarını başqa resept üçün istifadə edə bilərsiniz).
Bişmiş yumurta sarılarını çəngəllə əzin.

Yumşaldılmış kərə yağını qəhvəyi şəkər, duz, vanil və yumurta sarıları ilə qarışdırın.

Bu qarışığı iki bərabər hissəyə ayırın. Birinə kakao tozu qatın.

Hər qarışığa ayrılıqda un əlavə edib 2 ayrı xəmir yoğurun.

Açıq və tünd rəngli xəmirləri 14x9 sm ölçüdə yayın.



Tünd rəngli xəmirin üstünə açıq rənglini qoyun, azca üstündən basın, soyuducuda 30-40 dəqiqə bişirin.



Soyuducudan çıxardığınız xəmirin kənarlarını bıçaqla kəsib hamarlayın.

Eyni endə 4 şəridə bölün.



Sonra yanaşı bir ağ, bir tünd şəridi qoyun. Ağ şəridin üstündən tünd, tündün üstündən ağ şərid qoyun.



Alınan "kərpici" 1 sm enində paylara bölün.



Siniyə perqament döşəyin. Peçenyeləri üstünə düzün. 180-190 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin.



Nuş olsun!

Resept: vk.com/academy_main

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/320056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR