Bakıda orta məktəbdə bədbəxt hadisə (VİDEO)

Bakıda orta məktəbdə bədbəxt hadisə (VİDEO)
07:46 23 Yanvar 2015
280 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gün günorta saatlarında paytaxtın Nəsimi rayonunda yerləşən 292 saylı orta məktəbdə bədbəxt hadisə baş verib. Belə ki, təhsil ocağının əməkdaşı qəfil ürək tutmasından sonra dünyasını dəyişib.

Hadisə 292 saylı orta məktəbdə baş verib. Sözügedən məktəbdə gözətçi işləyən 50 yaşlı Famil şagirdlərin gözü qarşısında dünyasının dəyişib. Şahidlərin dediyinə görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş.

Yaxınlıqda yerləşən binanın sakinlərinin dediyinə görə, məhrumun meyiti məhkəmə-tibbi ekspertizasına göndərilib.

Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən faktı təsdiqədilər. Bildirdilər ki, dünyasını dəyişən 1959-cu il təvəllüdlü Kərimov Famil Dostəli oğludur. O, məcburi köçkün olduğu üçün adıçəkilən məktəbdə həm işləyib, həm də yaşayırmış. Ölümünə səbəb də qəfil ürəyinin fəaliyyətinin dayanması olub.

Hazırda ölümün dəqiq səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə
ANS-TV


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR