Türkiyəli aktrisa sosial şəbəkədə paylaşdığı fotoşəkillə izləyicilərini güldürüb.
ANS PRESS-in məlumatına görə, Yeni il gecəsi restoranların birində Orxan Gəncəbayla aralarında baş verən zarafatlaşma ilə bir müddət gündəmdən düşməyən və bu yaxınlarda başqa bir müğənni Yıldız Tilbə ilə söz davasına çıxan Hülya Avşar sosial şəbəkəki səhifəsində gülməli fotoşəkil paylaşıb.
Müğənni-aktrisanın yayımladığı fotoşəkildə idmançı yaşlı bir qadın təsvir edilib. H.Avşar isə həmin fotoşəkli “gələcəyim” qeydi ilə yayımlayıb.
Onun bu paylaşımı bir çox izləyicilərini güldürsə də, o bu paylaşımdakı şəkli göstərərək özünü daim formada saxlayacağı mesajını verib.
Qeyd edək ki, tennislə məşğul olan H.Avşar tez-tez sosial şəbəkədə idmanla məşğul olduğunu göstərən fotoşəkillər də paylaşır.
Mənbə
ANS PRESS