“Eurovision-2015” mahnı yarışması üzrə Norveç milli seçiminin finalında 11 ifaçı mübarizə aparacaq

08:13 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
“Eurovision-2015” mahnı yarışması üzrə Norveç milli seçiminin (Music Grand Prix 2015) finalında 11 ifaçı mübarizə aparacaq.
AzərTAc mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, Norveçin NRK teleradioyayım şirkəti martın 14-də keçiriləcək finalda iştirak edəcək ifaçıların adlarını açıqlayıb. Onların sırasında əvvəlki illərdə ölkəni bu yarışmada təmsil etmiş ifaçılar da var.
Avstriyanın Vyana şəhərində təşkil ediləcək “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19-da və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR