ABŞ Konqresmeni 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib

ABŞ Konqresmeni 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib
08:58 23 Yanvar 2015
179 Ölkə
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 23 yanvar, AzərTAc
ABŞ konqresmeni Cin Qrin 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Konqresdə bəyanatla çıxış edib. O, 1990-cı il yanvarın 20-də Azərbaycandakı müstəqillik hərəkatını yatırmaq üçün Sovet qoşunlarının Bakıya yeridildiyini və nəticədə böyük faciənin baş verdiyini bildirib. Bəyanatda vurğulanıb ki, Sovet hökuməti tərəfindən həyata keçirilmiş bu kütləvi qətliam Azərbaycan xalqının müstəqillik uğrunda mücadiləsinə daha da təkan verib. Nəticədə Azərbaycan müstəqilliyini əldə edib.
Konqresmen, həmçinin Azərbaycan və ABŞ-ın qarşılıqlı etibar, anlayış və dəstəyə əsaslanan yaxın münasibətlərini təqdir edib. O, Xəzər dənizi regionunda önəmli rola malik Azərbaycana ABŞ-ın davamlı dəstək göstərməsinin əhəmiyyətini vurğulayıb.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_Konqresmeni_20_Yanvar_faciesi_ile_bagli_beyanat_verib-826897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR