Tokio məscidi İŞİD təşkilatını yapon girovları azad etməyə çağırıb

Tokio məscidi İŞİD təşkilatını yapon girovları azad etməyə çağırıb
09:03 23 Yanvar 2015
398 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 23 yanvar, AzərTAc
Tokioda yerləşən Yaponiyanın ən böyük məscidlərindən biri İŞİD təşkilatını iki yapon girovu tezliklə azad etməyə çağırıb.
Bəyanatda bildirilir ki, güc tətbiq etməklə həyata keçirilən terror aksiyaları sülhün əhəmiyyətini vurğulayan İslamla ziddiyyət təşkil edir. Qeyd edilir ki, insanların girov götürülməsi cinayətdir. Bu, ümumilikdə müsəlmanları cinayətkar rolunda təqdim edir.
Həmin gün Yaponiya paytaxtının Şibuya rayonunda yerləşən məsciddə girov götürülmüş 600-dən çox müsəlmanın da tezliklə azad olunması üçün dualar oxunub.

Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tokio_mescidi_ISID_teskilatini_yapon_girovlari_azad_etmeye_chagirib-826898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR