Kral öldü, neftin qiyməti qalxdı

Kral öldü, neftin qiyməti qalxdı
09:21 23 Yanvar 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

Neftin qiymətində artım müşahidə olunub.

ANS PRESS-in məlumatına görə, Dünya bazarında neftin qiyməti Səudiyyə Ərəbistanı Kralının ölüm xəbərinin yayılmasından sonra artıb. Birjada bu artımın 2 % olduğu göstərilir.

Beləliklə, ABŞ-da WTI markalı neftinin qiymətinin 1 bareli 2,38% artaraq 47.41 dollar təşkil edib.

Brent markalı xam neftin də bir barelinin qiymətində göstəricilər dəyişərək 48.52 dollar olub.

Qeyd edək ki, neftin son bir neçə ayda 2 dəfə ucuzlaşdığı müşahidə olunurdu. 91 yaşlı Səudiyyə kralı isə cümə günü nəfəs çatışmazlığından dünyasını dəyişib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=321339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR